Kamran debütünü qolla "yudu"

Kamran debütünü qolla "yudu"

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan “Kəpəz”lə oyun “Sabah”ın gənc hücumçusu Kamran Quliyev üçün əlamətdar olub. 

Fanat.Az xəbər verir ki, əsas komandada ilk oyununu keçirən 21 yaşlı futbolçu debütünü qolla qeyd edib.   Belə ki, matçın 80-ci dəqiqəsində Coy-Lens Mikelsin əvəzinə meydana çıxan Kamran 90+2-ci dəqiqədə rəqib qapısına yol taparaq yekun hesabı müəyyənləşdirib - 3:0.    Cari mövsümdə “Sabah-2"nin heyətində 6 qol vuran Quliyev Birinci Divizionun bombardirlər siyahısında 2-ci sırada yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər