Kamran bu tur nə etdi?

Kamran bu tur nə etdi?

Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin şərəfini qoruduğu “Ximki” də növəti matçına çıxıb.   U-21 millimizin sabiq forvardının komandası öz meydanında “Rubin”lə 1:1 hesablə heç-heçə edib.   Kamran qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.   5 tura 5 xal toplayan “Ximki” turnir cədvəlində 16 iştirakçı arasında 12-ci sıradadır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər