Millimizin qapıçısı Kamran Ağayevin yeni klubu müəyyənləşmək üzrədi. Fanat.az xəbər verir ki, qolkiper karyerasına ölkəmizdə davam edəcək.
Əldə etdiyimiz özəl məlumata görə təcrübəli əlcək sahibi "Neftçi" ilə anlaşıb. Tərəflər arasında 1 illik sözləşmənin imzalanması gözlənilir.
Qeyd edək ki, Kamran Ağayev başa çatan mövsümü "İnter"də keçirib. "Bankirlər" müqaviləsinin müddəti bitən qapıçı ilə sözləşməni yeniləməyi məsləhət bilməyib.
Fanat.az