Topaz Premyer Liqasının XXVIII turunda "İnter" "Qəbələ"nin qonağıdı. Fanat.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində "bankirlər" ciddi itki ilə ülzəşib.
Belə ki, matçın sonlarına yaxın bakılıların qapıçısı Kamran Ağayev zədələnib. Buna görə təcrübəli əlcək sahibi oyunu davam etdirə bilməyib.
Kamranın yerinə isə meydana Georgi Lomaya daxil olub.
Qəbələyə ezam olunmuş əməkdaşımızın verdiyi məlumatına görə, Kamranın zədəsi ciddidi və o, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Fanat.az