Azərbaycan - Moldova yoxlama oyunu öncəsi mətbuat konfransı keçirilib. Fanat.az jurnalistlərin suallarını cavablandıran millinin qapıçısı Kamran Ağayevin fikirlərini təqdim edir:
“Yoldaşlıq oyunu olsa da, Moldova ilə matça adi gözlə baxmırıq. Bizim üçün önəmli görüşdü. 2-3 gündü millinin toplanışındayıq. Heyətdə kimlərin olmasının fərqi yoxdu. Yenə həmin əhval-ruhiyyədəyik. Motivasiyamız aşağı deyil. Qarşıdakı oyunda da əlimizdən gələni edəcəyik. Hansı vəziyyətdə olduğumuz bu qarşılaşmada bəlli olacaq. Bütün uşaqlar əllərindən gələni etməlidilər. Ümumiyyətlə, millinin hər bir oyununda öz gücünü ortaya qoymalısan. Çünki hər bir oyun reytinqə təsir edir”.
Fanat.az