Kamerun yığmasından ilk oyunda qələbə

Kamerun yığmasından ilk oyunda qələbə

Afrika Millətlər Kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyində bu gün daha 2 qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı Mali və Anqola yığmalarının oyununda qalib müəyyənləşməyib. Kamerun millisi isə Konqo yığmasını tək qolla yenib.

Afrika Millətlər Kuboku 16 yanvar

D qrupu

Mali – Anqola 3:3 Qol: Sinayoko, 23. Diabi, 78. Kulibali, 83 – Dilson, 12; 26. Jilberto, 72.

E qrupu

Kamerun – Konqo 1:0 Qol: Mbekeli, 63.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər