Kadırov idmançılara “Mersedes” hədiyyə etdi

Kadırov idmançılara “Mersedes” hədiyyə etdi

Çeçenistan Prezidenti Ramzan Kadırov Rio Olimpiadasında ölkəni təmsil edən çeçen idmançılara “Mersedes” hədiyyə edib. Kadırov bu barədə özünün İnstaqram səhifəsində yazıb.

 

Avtomobillər boksçu Adlan Əbdürrəşidov, yunan-roma və sərbəst güləşçiləri İslambəy Albiyev, İslam Maqomedov, Anzor Boltukayevə təqdim olunub.

 

Rusiya ağır atletika komandasının olimpiadaya buraxılmaması səbəbindən yarışdan kənarda qalan Apti Auxadov və Adam Maliqova da avtomobil hədiyyə olunub.      

 

Mükafatlandırma mərasimi Qroznıda baş tutub. Kadırov idmançıları yarışda apardıqları mübarizəyə görə təbrik edib. (axar.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər