Jurnalist Kloppa: "Bütün qitədən üzr istəməlisiniz"

Jurnalist Kloppa: "Bütün qitədən üzr istəməlisiniz"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsində "Porto" ilə matçdan (2:0) sonra mətbuat konfransında çıxış edib. 

Fanat.Az "Goal"a istinadən xəbər verir ki, jurnalist alman mütəxəssisin Afrika Millətlər Kuboku ilə bağlı dediklərindən narazı qalıb.

Onların arasında baş tutan dialoq belə olub:

Jurnalist: Son mətbuat konfransında Afrika Millətlər Kubokunu kiçik turnir adlandırdınız. Məncə, bu, futbolçuların, azarkeşlərin, sadə insanların xətrinə dəyib... Düşünürəm ki, bütün qitədən üzr istəməlisiniz.

Klopp: Dayan, dayan... Demək istədiyim bu deyildi. Düzünü desəm, niyə belə qərar verdiyinizi anlamıram. Mən bunu nəzərdə tutmurdum. Afrika Millətlər Kubokunu kiçik bir turnir adlandırmaq və ya Afrikanı kiçik qitə adlandırmaq fikrim olmayıb. Bütün mətbuat konfransını izləsəniz, düzgün başa düşəcəksiniz. Sadəcə mart ayına kimi heç bir fasilənin olmayacağını nəzərdə tuturdum və "Yanvarda kiçik turnir olacaq” demişdim. Mən burda turniri aşağılamaq istəməmişəm. Sadəcə dedim ki, belə bir turnir olacaq. Bu, ironikdir. Afrika Millətlər Liqası böyük turnirdir. Bu turnirə görə biz ən yaxşı oyunçularımızı itiririk.

Jurnalist: Amma Avropa haqqında belə deməzdiniz axı. “Avropada kiçik turnirdir...” ifadəsini işlətməzdiniz. 

Klopp: İngilis dili mənim ana dilim deyil. Amma səhv başa düşmək istəyirsinizsə, bunu hər zaman edə bilərsiniz. Əminəm ki, heç vaxt belə düşünməzdim. Niyə bu fikirdə olduğunuzu başa düşmürəm. Bu, yaxşı deyil. Mən belə söz deməzdim.

Xatırladaq ki, Afrika Millətlər Kuboku yanvarın 9-dan fevralın 6-na qədər keçiriləcəkdir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər