Jordi Alba: "Çox şey demək istəyərdim, amma deməyəcəm"

Jordi Alba: "Çox şey demək istəyərdim, amma deməyəcəm"

"Barselona"da kifayət qədər forma şansı qazanmayan Jordi Alba komandanı tərk etmək qərarına gəldiyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "90min" kataloniyalı müdafiəçinin dediklərini belə çatdırıb:

"Yalnız onu deyə bilərəm ki, həmişə bütün düşüncələrim "Barselona" ilə bağlı olub. Bu komandada oynamağa köklənmişəm. Belə olmasaydı, hamıdan qabaq gedərdim. 

Klubun öz maraqları var. Təbii ki, klubun işlərinə qarışmaq niyyətində deyiləm. Mən bu komandaya bağlıyam və məşqçilərin qərarlarına hörmətlə yanaşıram. Az oynamağımdan şikayət etmək fikrim yoxdur. Daha çox oynamaq üçün öz üzərimdə işləməyə davam edəcəyəm. Çox şey demək istəyərdim, amma deməyəcəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər