İvan Rakitiç "Barsa"dan gedir? - AÇIQLAMA

İvan Rakitiç "Barsa"dan gedir? - AÇIQLAMA

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç transfer xəbərlərinə münasibət bildirib.

 

Fanat.Az-ın xarici mətbuata istinadən məlumatına görə, Xorvatiya millisinin üzvü Kataloniya klubundan ayrılmaq fikrində deyil.

O, instaqram hesabı vasitəsilə yayılan söz-söhbətləri təkzib edib: "Mümkündüsə, bu dedi-qodulara son qoyun. Belədə minnətdar olaram. "Barselona"nın oyunlarına və qələbələrinə köklənirəm. Hələ uzun illər bu klubda qalmağı düşünürəm".

Qeyd edək ki, 31 yaşlı orta sahə oyunçusunun mövsümün sonunda 50-60 milyon avro qarşılığında "İnter"ə keçəcəyi iddia edilir.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər