“Açığı, bu qış başqa klubdan təklif almışdım. Maraqlandılar, fikrimi soruşdular. Getmək istəmədim və qərarıma görə üzülmürəm”. Bu sözləri Fanat.Az-a açıqlamasında “İnter”in hücumçusu Rauf Əliyev deyib.
Forvard “İnter”i bundan sonra da tərk etməkdə maraqlı olmadığını vurğulayıb: “Sponsorun imtinası xoş xəbər olmasa da, dünyanın sonu anlamına gəlmir. “İnter” bundan daha çətin vəziyyətdən çıxıb. Klubun mövsümün sonunda dağılacağıyla bağlı deyilənlərə də inanmıram. Uzun illər fəaliyyət göstərən, ölkə futbolunda öz çəkisi olan klub niyə dağılsın ki... Son oyun göstərdi ki, yaxşı heyətimiz var və sonadək mübarizə aparacaq gücdəyik. Maya qədər maddi sıxıntılar da gözlənilmir. Burda qalmaq, burda oynamaq istəyirəm”.
Fanat.Az