"İstəyərdim ki, Mbappe..." - Holand arzusunu dilə gətirdi

"İstəyərdim ki, Mbappe..." - Holand arzusunu dilə gətirdi

"Yaxşı futbolçular çoxdur. Onlardan biri isə Kilian Mbappedir".

Fanat.Az xəbər verir ki, bunu "Canal+"ə açıqlamasında "Mançester Siti"nin hücumçusu Erlinq Holand deyib.

Norveç millisinin forvardı Kiliana görə fransızların bəxtinin gətirdiyini söyləyib: "Mpabbe çox sürətli və güclüdür! Fransızların bəxti gətirib ki, milli komandalarında belə oyunçu var. Əlbəttə, istəyərdim ki, o, Norveç yığmasında oynasın, amma bu, mümkün deyil. Hərdən öz-özümə Kilianın daha 10 il bu səviyyədə oynayacağını xatırladıram. O, fenomenaldır".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər