"İstədiyim avtomobillərin siyahısını tutmuşdum, amma..." - Renat Dadaşov

"İstədiyim avtomobillərin siyahısını tutmuşdum, amma..." - Renat Dadaşov

Azərbaycan millisinin üzvü və "Qrasshopper"in yeni transferi Renat Dadaşov İsveçrə mətbuatına müsahibə verib. 

Fanat.Az xəbər verir ki, 23 yaşlı hücumçunun dediklərini "20min.ch" belə çatdırıb: 

"İntizamlı olmaq mənim hobbimdir. Nə isə qaydasında olmayanda xoşuma gəlmir. Hər bir hücumçu qollar vurmaq istəyir. Mən də istəyirəm ki, qollarımla özümə və hər kəsə eyni Renat olduğumu göstərim. Hər məşqdə çox çalışırıq. Bacarığımızın 100 faizini ortaya qoyuruq. Komandamızdakı futbolçuların hamısı yaxşı oyunçulardır. Hazırda klubda hər şey yüksək səiyyədədir. Özümü yaxşı hiss edirəm".

Renat yeniyetmə yaşlarından avtomobillərə böyük həvəs göstərsə də, indi belə omadığını söyləyib: "Əvvəllər avtomobillərə böyük həvəsim var idi. Lakin indi bu mövzuda fərqli düşünürəm. Üç il əvvəl almaq istədiyim avtomobillərin siyahısını tutmuşdum. Amma bunun lazımsız olduğunu bilirəm. Almaniyadakı maşınım hazırda təmir olunur, sonra İsveçrəyə gətiriləcək. Sürixdə böyük maşına ehtiyac yoxdur. Avtomobil məni yalnız gedəcəyim ünvana çatdırmaq üçün lazımdır".

Millimizin üzvü qardaşı Rüfətlə münasibətlərindən də söz açıb: "Ailəmlə bağlarım möhkəmdir. İsveçrəyə gələndə ailəm iki dəfə mənə baş çəkib. Qardaşım Rüfət Dadaşov da peşəkar futbolçudur. Bir-birimizin oyunlarını izləyirik. Rüfət mənə çox ilham verir. Hər gün əlaqə saxlayırıq".

Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlində "Qrasshopper"lə 2+1 illik müqavilə imzalayıb. Onun qardaşı Rüfət Dadaşov isə "Şalke-2"də çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər