İsrail klubunda qadın möcüzəsi - FOTOLAR

İsrail klubunda qadın möcüzəsi - FOTOLAR

Bu mövsüm avrokubokların sürpriz komandalarından biri İsrailin "Hapoel" (Beyer-Şeva) klubu oldu. Avropa Liqasında çıxış edən komanda İngiltərənin "Sautqempton" və İtaliyanın "İnter" klublarını qrupda saxlayıb 1/16 final mərhələsinə çıxdı.

K qrupunda mübarizə aparan "Hapoel" "İnter"i hər iki oyunda məğlub etdi, "Sautqempton"la hər iki matçda "sülh"ə razılaşdı. Yalnız Praqa "Sparta"sı ilə oyunlarda yenilən İsrail təmsilçisi 8 xalla adını 1/16 final iştirakçıları arasına yazdırdı. Onların Avropadakı növbəti rəqibi Türkiyə çempionu "Beşiktaş" olacaq.

2007-ci ildə 2-ci liqada çıxış edən "Hapoel" bu uğurlarını qadın prezidenti Alona Barkata borcludu. Fanat.Az İsrail klubunun uğur hekayəsini təqdim edir.

14 yaşında Qüdsə köçən Alona univeristetdə Yaxın Şəqr tarixi təhsilini alıb. 1996-cı ildə tanış olduğu Əli Barkatla nvlənib. Kompyuter mühəndisi olan əri ilə Silikon vadisinə köçən Alona 8 il sonra İsrailə dönüb.

Təl-Əviv "Makkabi"sinin sahibi Lonni Herzikoviçlə yaxın olan Alona futbola maraq göstərməyə başlayıb. O, 2007-ci ildə 2-ci liqada çıxış edən "Hapoel"i 1,8 milyon dollara satın alıb və İsrail futbolunda ilk qadın klub sahibi olub. 

Düzdü, klubun bir qadına satılması narazılıqlara səbəb olub. Lakin komandanın 2008/09 mövsümündə güclülər dəstəsinə vəsiqə qazanması narazıqların aradan qalxmasına səbəb olub.

Alona Barkat Beyer-Şeva təmsilçisi üçün Futbol Akademiyası və 16 min azarkeş tutumu olan 57 milyon dollar dəyərində stadion inşa etdirib. 

"Hapoel" 2015/16 mövsümündə 40 illik fasilədən sonra İsrail çempionu olub və Super Kuboku qazanıb. Komanda Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb və "Şerif"i mübarizədən kənarlaşdırıb. Ardınca Yunanıstan "Olimpiakos"undan üstün olan İsrail klub "pley-off"da "Seltik"ə yenilərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər