İspaniyanın ikinci liqasında XXXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Kordoba" səfərdə La Liqaya vəsiqə uğrunda əsas rəqiblərindən biri olan "Ximnastik"lə qarşılaşıb.
Futbolçumuzun komandası 4 dəfə hesabda önə keçdiyi oyunda bir xalla kifayətlənib - 4:4. Cəzalı olan Eddi bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 48 xalla 22 komanda arasında beşinci pillədə qərarlaşıb.
Fanat.az