İspan modeldən Alvesə təsirli vida: "Mükəmməl həyat yoldaşı seçmişdim, amma..."

İspan modeldən Alvesə təsirli vida: "Mükəmməl həyat yoldaşı seçmişdim, amma..."

Həbsxanada olan braziliyalı müdafiəçi Dani Alvesin həyat yoldaşı ondan rəsmən ayrılıb.

Fanat.Az xəbər verir ki, ispan model Joana Sanz bu barədə "Instagram" hesabında paylaşım edib.   

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Joana Sanz (@joanasanz)

Konor adalarından olan model Brians Penitensiar Mərkəzində saxlanılan Dani xitabən təsirli vida məktubu yazıb: "Çox istərdim ki, burada yazılan sətirlər sevgi və xoşbəxtlik haqqında olsun, amma belə deyil. 

Tərk edilmişlik və tənhalıq hissi yenidən qapımı döyür. Cavabsız minlərlə "niyə" sualından yoruldum. Həyat yoldaşı olaraq gözümdə mükəmməl olan bir insan seçdim. Ona ən çox ehtiyacım olanda həmişə yanımda olub, hər zaman mənə dəstək verib, məni böyüməyə sövq edib, həmişə mehriban, diqqətli olub... Bu adamın məni min parçaya bölə biləcəyini qəbul etmək o qədər çətindir ki. Düşünürəm ki, onun mənə baxışlarını yaddaşımdan çıxarmağım illərimi alacaq.

Mən onu sevirəm və həmişə də sevəcəm. Kim deyir sevgi unudulur, özünü aldadır və ya həyatında heç kimi sevməyib. Bağışlamaq insanı rahatladır, ona görə də onu bağışlayıram. Amma həyatımın 18.05.2015 tarixində başlayan mərhələsini bağlayıram. Mən güclü qadınam".

Xatırladaq ki, Alves zorlama ittihamı ilə nəzarətə götürülüb. Onu 4 ildən 12 ilədək həbs cəzası gözləyir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər