İspan jurnalist canlı yayımda üzr istədi - Mbappeyə görə

İspan jurnalist canlı yayımda üzr istədi - Mbappeyə görə

Kilian Mbappenin "Real Madrid"ə keçəcəyini və kluba söz verdiyini İspaniya mətbuatında ilk elan edən idman jurnalisti Xosep Pedrerol "El Chiringuito" kanalının canlı yayımında izləyicilərindən üzr istəyib. 

Fanat.Az xəbər verir ki, tanınmış özünü axmaq adlandırıb:

"Mbappe "Real Madrid"ə gələcəyinə söz verəndə bunu sizə ilk mən çatdırdım. Sizi əmin etdim ki, o, Madriddə oynayacaq. Mən axmağam. Axmağam, çünki insanların sözünə inanıram. Bundan ibrət götürün".

 

Maaşının artırılmasına nail olan Kilian Mbappe PSJ ilə müqaviləsinin müddətini 2025-ci ilə qədər uzadıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər