İslandiyanı sevmək üçün 10 SƏBƏB

İslandiyanı sevmək üçün 10 SƏBƏB
332 min əhalisi olan İslandiyanın Avropa çempionatının 1/4 finalına qədər yüksəlməsi hər kəsin alqışına səbəb oldu. Halbuki, bu komanda "AVRO-2016"nın autsayderi hesab olunurdu və heç kim onların qrupdan çıxacağını proqnozlaşdırmırdı. İlk dəfə qatıldığı turnirdə qrup səddini keçən, İngiltərə kimi komandanı mübarizədən kənarlaşdıran İslandiya yarımfinala vəsiqə uğrunda meydan sahibi Fransa ilə qarşılaşacaq.
Bu vacib oyundan öncə İslandiyanı dünyaya tanıdan 10 məqamı oxuculara təqdim edirik.
1. Vulkanlar: Atlantik okeanının ortasında yerləşən iki tektonik plaka üzərində yerləşən İslandiya torpaqları tamamilə vulkanik fəaliyyətlər nəticəsində meydana gəlib. Hazırda ölkədə 30 aktiv vulkan yatağı var. Bu isə elm adamları və turistləri ölkəyə cəzb edən əsas məqamdı.
İslandiyanı sevmək üçün 10 SƏBƏB
2. Games of Thornes (Taxt oyunları): Amerika istehsalı olsa da, izləyicilər serialın böyük bir qisminin müdhiş vizuallığın təqdim edən İslandiya torpaqlarında çəkildiyini də bilirlər.
İslandiyanı sevmək üçün 10 SƏBƏB
3. Byörk: İslandiya tarixinin ən məşhur musiqiçisi olan Byörk özünəməxus tərzi ilə böyük fanat ordusu toplayıb. 30 ildən artıq karyeraya sahib olsa da, xüsusilə 90-cı illərdəki "Oh So Quiet" adlı hit parçası hələ də yaddaşlardan silinməyib.
İslandiyanı sevmək üçün 10 SƏBƏB
4. Şimal İşıqları: İslandiya, qütb bölgələrində görülən və yer üzünün maqnetik sahəsi ilə Günəşdən gələn yüklü hissəciklərin qarşılıqlı reaksiyası nəticəsində səmada ortaya çıxan işıqlanmalara da ev sahibliyi edir və bu xüsusiyyətiylə bir çox turist cəlb edir.
İslandiyanı sevmək üçün 10 SƏBƏB
5. Dünyanın ən güclü adamı: İslandiya, xüsusilə 80-90-cı illər aralığında - 12 ildə "Dünyanın ən güclü adamı" yarışmasında 8 dəfə çempion olub. Ölkənin ən son ixracatlarından biri olan Hafpor Julius Byörnsson ("Game of Thrones"in The Mountaini), son 4 ildə bu yarışı ən azı 3-lükdə bitirib.
İslandiyanı sevmək üçün 10 SƏBƏB
6. Siqur Ros: 22 il əvvəl qurulan rok qrupu İslandiyanın ən məşhur qruplarındandı. Daha əvvəl "Siqur Ros" haqqında eşitməmisinizsə, axtarış sistemində ən uğurlu mahnılarından olan "Hoppipolla"nı yazın və təəccüblənməyə hazır olun.
yı yazın və çaşmağa hazır olun!
İslandiyanı sevmək üçün 10 SƏBƏB
7. Yenilənə bilən enerji: Müasirdövrdə bir çox ölkə hələ də qalıq yanacaqlarla enerji ehtiyacının böyük bir qisimini ödəyərkən, İslandiya yenilənə bilən enerjiylə ölkənin ehtiyacını ödəyir. Geotermal güc və axar sulardan təmin edilən hidroelektrik enerjiylə su, qaz və elektrik xərcləri daha da azalır.
İslandiyanı sevmək üçün 10 SƏBƏB
8. Dünya gözəlləri: İndidiyədək sadəcə Hindistan (5), Böyük Britaniya (5) və Venesuela (6) İslandiyadan daha çox gözəllik yarışmasının qalibi olan gözəllər yetişdirib. Belə ki, island qızlar 3 dəfə dünya gözəli seçilib. Fotodakı Unnur Birna Vilhyalmsdottir ölkənin 2005-ci ildə dünya gözəli seçilən sonuncu xanımıdı. Anası Linda isə 22 il əvvəl dünya gözəli seçilmişdi.
İslandiyanı sevmək üçün 10 SƏBƏB
9. İqtisadi böhrana rəğmən inkişaf: 2008-ci ildə İslandiya iqtisadiyyatı sözün əsl mənasında çökmüş, bir çox bankir həbs edilmişdi. Amma ölkə rəhbərliyi bank sisteminin əvəzində turizmə daha çox diqqət ayıraraq iqtisadiyyatı yenidən dirçəltdi və İslandiya hazırda dünyada yaşamaq üçün ən gözəl yerlərdən biridi.
İslandiyanı sevmək üçün 10 SƏBƏB
10. Həndbol: "AVRO-2016"yadək İslandiya adını daha çox ölkənin futbol komandasından başqa tək komandası olan həndbolla dünyaya tanıtmışdı. İslandiyanın kişi həndbol komandası 2008-ci ildə Pekin Olimpiadasında gümüş medallara sahib çıxmışdı.
İslandiyanı sevmək üçün 10 SƏBƏB
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər