İslamiada: İran millimizə rəqib oldu

İslamiada: İran millimizə rəqib oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsindəki rəqibi bəlli olub.

Fanat.Az xəbər verir ki, B qrupunun lideri kimi bu mərhələyə yüksələn yığma A qrupunu 2-ci pillədə bitirən İran seçməsi ilə qarşılaşacaq. Görüş avqustun 14-də baş tutacaq.

Qeyd edək ki, digər yarımfinal matçında Türkiyə Kamerunu sınağa çəkəcək. Final oyunu avqustun 15-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər