İslamiada: Ruslan Lunyov daha bir "qızıl" qazandı

İslamiada: Ruslan Lunyov daha bir "qızıl" qazandı

Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4-cü qızıl medalını qazanıb. Snayperimiz 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda hamıdan dəqiq olub.

 

Lunyov bu gün keçirilən yarışda 240.7 xal toplayıb.

 

Təmsilçimiz türkiyəli Yusuf Dikecini cəmi 1 xal qabaqlayıb. 3-cü yeri pakistanlı Muhammad Şehzad Axtar tutub – 218.6 xal.

 

Digər snayperlərimiz Rəsul Məmmədov və Tahir Əhmədzadə isə təsnifat mərhələsini keçə bilməyiblər.

 

Qeyd edək ki, Ruslan bunadək 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma və standart tapança ilə atəş açmaqda qızıl medal əldə etmişdi.

Qaynarinfo.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər