İslamiada: Məhəmmədrəsul Məcidovdan ilk qələbə

İslamiada: Məhəmmədrəsul Məcidovdan ilk qələbə

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov ilk görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 91 kq-dan yuxarı çəkidə yer alan ikiqat dünya çempionunun təsnifat mərhələsindəki rəqibi qazaxıstanlı Nurlan Saparbay olub. Görüş Məcidovun üstünlüyü şəraitində keçib. O, ikinci raundda rəqibini noqdauna salmağı bacarıb. Üçüncü raund da yekunlaşdıqdan sonra hakimlərin yekdil rəyinə əsasən, 31 yaşlı idmançı qalib elan olunub. 

Qeyd edək ki, 1/4 finala vəsiqə qazanan Məhəmmədrəsul Məcidovun rəqibi misirli Uosri Hafez olacaq. Döyüş mayın 15-də keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər