İslamiada: Daha 4 kikboksçumuz finalda

İslamiada: Daha 4 kikboksçumuz finalda

Azərbaycanın 4 kikboksçusu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Ramal Aslanov (Low kick, 75 kq), Anar Məmmədov (Low kick, 57 kq), Camal Məmmədov (Full kontact, 54 kq) və Fərid Ağamoğlanov (Full kontact 63,5 kq) yarımfinalda qalib gələrək finalda iştirak etmək hüququ əldə ediblər.

Qeyd edək ki, bu gün Saqi Salehli (Full contact, 75 kq) və Elvin Ağayev (Full contact, 86 kq) də final görüşlərinə çıxacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər