İsgəndərlinin komandasından çətin qələbə

İsgəndərlinin komandasından çətin qələbə

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 11-ci tur çərçivəsində evdə “Kukesi” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

İsgəndərli oyuna start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.

"Eqnatiya" hazırda 23 xalla 1-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər