Fransa millisinin və "Arsenal" klubunun əfsanəsi Tyeri Anri (Thierry Henry) sosial şəbəkələri boykot etməyə davam edir.
Fanat.Az xəbər verir ki, 44 yaşlı veteran futbolçu bu barədə Lissabonda keçirilən internet sammitinə də çıxış edib:
“Sosial medianın insanların bir-birinə nifrəti üzərindən pul qazandığını görmək çox ağırdır. Dərman hesab etdiyinin zəhər olduğunu bilmək asan deyil. Səmimiyyət və xeyirxahlıq pul qazandırmır. Ancaq irqçilik, millətçilik, müharibə və nifrət!
Bir neçə dəfə sosial şəbəkələrin rəsmiləri ilə əlaqə saxlamağa çalışdım. Ancaq danışmaq istəmədilər. Amma mən boykota başlayanda, onlar məni axtarmağa başladılar. Cavab verdim ki, indi nə danışacağımı bilmirəm. Onlar əslində heç nəyi dəyişməyə çalışmırlar.
Sosial şəbəkələrə qayıtmağı planlaşdırmıram. Onsuz özümü yaxşı hiss edirəm və gecələr rahat yatıram”.
Xatırladaq ki, Anri mart ayında öz "Twitter" səhifəsində bütün sosial şəbəkələri boykot etdiyini bildirmişdi.
Emin Şəmsiyev