İngiltərənin "Vest Bromviç" klubunun fanatı Saymon Silvud sosial şəbəkədə yazdığı irqçi təhqirlərə görə 8 həftə həbs cəzasına məhkum edilib.
Fanat.Az "Sky Sports" saytına istinadən xəbər verir ki, 50 yaşlı azarkeş "Twitter" səhifəsində "Vest Bromviç"in yarımmüdafiəçisi Romen Souyersin (Romain Sawyers) ünvanına təhqiramiz şərhlər yazıb.
İngiltərə polisi irqçi təhqirlərə görə fanatı həbs edib. Silvud 4 həftə həbsxanada qalacaq, daha 4 həftə isə şərti azadlıqda olacaq.
Bundan əlavə azarkeş futbolçuya və məhkəməyə ümumilikdə 1500 funt sterlinq təzminat ödəyəcək.
Emin Şəmsiyev