Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına damğa vuran Almaniya və Misir arasındakı çimərlik voleybolu matçı dünya mediasının maraq dairəsinə çevirilib. Dünyanın bütün aparıcı media orqanları həmin oyunda çəkilən fotoları yayımlayıb.
İran mətbuatı isə oyunla bağlı xəbəri yayımlasa da, fotonun yarısını senzuraya məruz qoyub. Fotonun alman voleybolçu olan hissəsini grünməz edən iranlı həmkarlarımız onu oxucularına bu formada çatdırıb.

Qeyd edək ki, bu şəkilin bir tərəfində misirli Doaa Elqhobaşi, digər tərəfdə isə alman voleybolçu Kira Valkenhorst yer alıb. "Reuters" müxbirinin çəkdiyi fotoda misirli idmançının başbağlı, alman voleybolçunun isə bikinli olması ortaya ilginc mənzərə çıxardıb.

Fanat.Az