İPL: Ortababların duelində meydan sahibləri güldü

İPL: Ortababların duelində meydan sahibləri güldü

Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, bu gün daha bir matç baş tutub.   “Vest Hem” doğma meydanda “Vulverhempton”la münasibətlərinə aydınlıq gətirib. Turnir cədvəlində qonşu olan komandaların duelindən qalib ayrılan “Vest Hem” 5-ci pilləyə yüksəlib.   İngiltərə Liqa kubokunun final oyunu ilə əlaqədar “Çelsi” – “Lester Siti” və “Arsenal” - “Liverpul” oyunları təxirə salınıb. 

İngiltərə Premyer Liqası 27-ci tur 27 fevral

Vest Hem – Vulverhempton 1:0 Qol: Souçek, 59. 26 fevral Lids – Tottenhem 0:4 Qollar: Doherti, 10. Kuluşevski, 15. Keyn, 27. Son, 85.

Brayton – Aston Villa 0:2 Qollar: Keş, 17. Uotkins, 68.

Brentford – Nyukasl 0:2 Qollar:  Joelinton, 33. Uillok, 44.

Kristal Pelas – Bernli 1:1 Qollar:  Şlupp, 9 – Milivoyeviç, 46-öz qapısına.

Mançester Yunayted – Uotford 0:0

Everton – Mançester Siti 0:1 Qol: Foden, 82.

25 fevral   Sauthempton – Norviç Siti 2:0 Qollar: Adams, 36. Romeu, 88.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər