İPL: Nəhənglərin duelində 4 qol

İPL: Nəhənglərin duelində 4 qol

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə daha 4 matç keçirilib.

“Brentord” evdə “Vest Hem”i, “Norviç Siti” “Börnli”ni 2 cavabsız qolla yenib. “Lester Siti” də “Kristal Pelas” üzərində qələbəyə sevinib.

Turun mərkəzi qarşılaşması “Mançester Siti” ilə “Liverpul” arasında baş tutub. Bu oyunun nəticəsi turnir cədvəlində lideri dəyişə bilərdi. Amma dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası 32-ci tur

10 aprel   Brentord – Vest Hem 2:0 Qollar: Mbeumo, 48. Toni, 64.   Lester Siti – Kristal Pelas 2:1 Qollar: Lukman, 39. Dyusberi-Holl, 45 – Zaha, 65.   Norviç Siti – Börnli 2:0 Qollar: Melu, 9. Pukki, 86.   Mançester Siti – Liverpul 2:2 Qollar: De Bröyne, 5. Jezus, 36 – Jota, 13. Mane, 46.

9 aprel

Everton – Mançester Yunayted 1:0 Qol: Qordon, 27.

Arsenal – Brayton 1:2 Qollar: Edeqor, 89 – Trossard, 29. Mvepu, 66.

Sauthempton – Çelsi 0:6 Qollar: M.Alonso, 8. Maunt, 16; 54. Verner, 21; 49. Haverts, 31.

Uotford – Lids 0:3 Qollar: Rapinya, 21. Rodriqo, 73. Harrison, 85.

Aston Villa – Tottenhem 0:4 Qollar: Son, 3; 66; 71. Kuluşevski, 50.

8 aprel   Nyukasl – Vulverhempton 1:0 Qol: Vud, 72-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər