İPL: Mövsüm başa çatdı, "şəhərlilər" qol olub yağdı

İPL: Mövsüm başa çatdı, "şəhərlilər" qol olub yağdı
İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün sonuncu – 38-ci turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, son turun bütün matçları eyni gündə baş tutub. Çempion "Liverpul” səfərdə "Nyukasl”a qalib gəlibsə, ikinci pillədə qərarlaşan "Mançester Siti” "Norviç”i darmadağın edib.
 
Turun mərkəzi görüşündə "Lester” "Mançester Yunayted”i qəbul edib. "Qırmızı şeytanlar” bu oyunda inamlı qələbəyə seviniblər. "Arsenal” autsayder "Uotford”a, "Çelsi” isə "Vulverhempton”a qalib gəlib.
 
Beləliklə, mövsümün yekunlarına görə "Liverpul” çempion olubsa, "Mançester Siti” gümüş, "Mançester Yunayted” bürünc medallara sahib çıxıb. Bu üç komanda ilə yanaşı, "Çelsi” də İngiltərəni UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. "Lester”lə "Tottenhem” isə Avropa Liqasına vəsiqə ilə kifayətlənib.
 
Sonuncu pillədə qərarlaşan "Norviç”lə yanaşı, 34 xalla 18 və 19-cu yerləri tutan "Bornmut”la "Uotford” da Premyer Liqanı tərk edib. 
 
İngiltərə Premyer Liqası
38-ci tur
 
26 iyul
 
Arsenal – Uotford 3:2
Qollar: Obameyanq, 5-pen; 33. Tirni, 24 – Dini, 43-pen. Uelbek, 66.
 
Bernli – Brayton 1:2
Qollar: Vud, 44 – Bissuma, 20. Konolli, 50.
 
Çelsi – Vulverhempton 2:0
Qollar: Maunt, 45+1. Jiru, 45+4.
 
Kristal Pelas – Tottenhem 1:1
Qollar: Şlupp, 53 – Keyn, 13.
 
Everton – Bornmut 1:3
Qollar: Kin, 41 – Kinq, 13-pen. Solanke, 45+1. Stanislas, 80.
 
Lester – Mançester Yunayted 0:2
Qollar: B.Fernandes, 71-pen. Linqard, 90+8.
 
Mançester Siti – Norviç 5:0
Qollar: Jesus, 11. De Bröyne, 45+1; 90. Sterlinq, 79. Mahrez, 83.
 
Nyukasl – Liverpul 1:3
Qollar: Qayle, 1 – Van Deyk, 38. Oriqi, 59. Mane, 89.
 
Sauthempton – Şeffild Yunayted 3:1
Qollar: Adams, 50; 71. İnqs, 84-pen – Lundstram, 26.
 
Vest Hem – Aston Villa 1:1
Qollar: Yarmolenko, 85 – Qriliş, 84.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər