İngiltərə Premyer Liqasında 36-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.
"Lids" səfərdə "Börnli”ni darmadağın edibsə, "Sauthempton” "Fulhem”i evə məğlub göndərib. "Brayton” – "Vest Hem” matçı heç-heçə bitib.
İngiltərə Premyer Liqası
36-cı tur
15 may
Börnli – Lids 0:4
Qollar: Klix, 44. Harrison, 59. Rodriqo, 77; 79.
Sauthempton – Fulhem 3:1
Qollar: Adams, 27. Tella, 60. Uolkott, 82 – Karvalyo, 75.
Brayton – Vest Hem 1:1
Qollar: Uelbek, 84 – Benrahma, 87.
Fanat.Az