İPL: Lider "qırmızı şeytanlar"la bərabərə qaldı

İPL: Lider "qırmızı şeytanlar"la bərabərə qaldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü tur yekunlaşıb. 

Fanat.Az xəbər verir ki, bu gün daha beş matç baş tutub.

“Mançester Siti” “Vest Hem”i çətinliklə üstələyib. "Everton" rəqib meydanında "Brentford"a uduzubsa, "Lester Siti" "Uotford"u evə xalsız göndərib.   Turun mərkəzi qarşılaşması Londonda keçirilib. Lider “Çelsi” öz meydanında “Mançester Yunayted”lə qollu bərabərliyə razılaşıb.

“Börnli” - “Tottenhem”inoyunu isə güclü qar üzündən təxirə salınıb.

İngiltərə Premyer Liqası

XIII tur

28 noyabr

Börnli – Tottenhem oyunu təxirə salınıb   Brentford – Everton 1:0 Qol: Toni, 24-pen.   Lester Siti – Uotford 4:2 Qollar: Maddison, 16. Vardi, 34; 42. Lukman, 68 – Kinq, 30. Dennis, 61.   Mançester Siti – Vest Hem 2:1 Qollar: Gündoğan, 33. Fernandinyo, 90 – Lanzini, 90+4.   Çelsi – Mançester Yunayted 1:1 Qollar: Jorjinyo, 69-pen – Sanço, 50.

27 noyabr

Arsenal – Nyukasl 2:0 Qollar: Saka, 56. Martinelli, 66.

Kristal Pelas – Aston Villa 1:2 Qollar: Quehi, 90+5 – Targett, 15. Makqinn, 86.

Liverpul – Sauthempton 4:0 Qollar: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.

Norviç Siti – Vulverhempton 0:0

Brayton – Lids 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər