İPL koronavirusla bağlı ciddi tədbirlərə əl atır

İPL koronavirusla bağlı ciddi tədbirlərə əl atır

Premyer Liqa klubları futbolçularla yeni müqavilələrə koronavirusa qarşı məcburi peyvəndləmə ilə bağlı bəndin daxil edilməsi variantını nəzərdən keçirir.

Fanat.Az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, İngiltərə çempionatının bir neçə top komandası bu məsələni hüquqi baxımdan öyrənir.

Bu klubların rəhbərliyi ümid edir ki, peyvənd bəndi COVID-19-un daha da çox yayılması zamanı komanda daxilindəki stabilliyi qorumağa kömək edəcək.

Xatırladaq ki, bundesliqa təmsilçisi  “Bayern Münhen” daha əvvəl karantində olduqları müddətdə peyvənd olunmamış futbolçularına maaş verməkdən imtina etmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər