İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu, "Tottenhem"in çalışdırıcısı Angelos Postekoğludur.
Hotspur təmsilçisi yunan əsilli avstraliyalı mütəxəssisin rəhbərliyi altında sentyabrda çıxdığı 4 oyunda 9 xal qazanıb. Postekoğlunun komandası "Börnli"ni (5:2), "Şeffild Yunayted"i (2:1) və "Liverpul"u (2:1) yenib, "Arsenal"la 2:2 hesablı bərabərliyə razılaşıb.
Qeyd edək ki, Postekoğlu avqust ayında da İPL-in ən yaxşı məşqçisi olmuşdu.
Nihat