İnyesta 1000-ə çatdı

İnyesta 1000-ə çatdı

Birləşmiş Ərəb Əmirlikləri çempionatında 15-ci turu çərçivəsində "Ajman" "Emirates"i 2:0 hesabı ilə məğlub edib. Fanat.Az xəbər verir ki, ötən ilin avqustundan sözügedən ölkədə çıxış edən “Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta “Emirates”in heyətində 80 dəqiqə meydanda olub.

"Opta"-nın hesablamasına görə, ispan üçün bu, karyerasında 1000-ci matç olub. O, “Barselona B”də 49, “Barselona”nın əsas komandasında 674, “Vissel Kobe”də 134, “Emirates”də 12 və İspaniya millisində 131 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər