İnqilab Məmmədov I divizionda aləmi bir-birinə qatdı

İnqilab Məmmədov I divizionda aləmi bir-birinə qatdı

I divizionun XXV turu çərçivəsində keçirilən "Şəmkir" - MOİK maçtı qalmaqalla yadda qalıb. Fanat.az xəbər verir ki, buna səbəb hakimin verdiyi qərar olub.

Belə ki, matçın 20-ci dəqiqəsində İnqilan Məmmədov şəmkirlilərin qapısına penalti təyin edib. Bundan başqa o, meydan sahiblərinin bir futbolçusuna da qırmızı vərəqə göstərib. Hakimin bu qərarı isə "Şəmkir"i özündən çıxarıb. Nəticədə komandanın baş məşqçisi Kamran Əlibabayev komandanı meydandan çıxarmaq qərarına gəlib. Elə buna görə də qarşılaşma 15-20 dəqiqə arası dayanıb. 

Əldə etdiyimiz məlumata görə, şəmkirlilər penalti qərarı ilə razılaşsa da, qırmızı vərəqəni düzgün hesab etməyiblər.

Qeyd edək ki, qarşılaşma MOİK-in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər