Milli komandalar arasında yoldaşlıq oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən gecə Almaniya İngiltərəni qəbul edib.
Münhendə keçirilən matçda 5 qol vurulub. Hesabı 43-cü dəqiqədə meydan sahiblərindən Toni Kroos açıb. 57-ci dəqiqədə Mario Qomez fərqi artırıb. Bundan sonra özünə gələn İngiltərə 3 qol vurub. 61-ci dəqiqədə Harri Kin, 13 dəqiqə sonra Ceymi Vardi, əlavə vaxtda Erik Dier fərqlənib. Bununla da İngiltərə 3:2 hesablı qələbə qazanıb.
"AVRO-2016"nın seçmə mərhələsində millimizin rəqibi olmuş Xorvatiya səfərdə Macarıstanla qarşılaşıb. Hesabı 29-cu dəqiqədə yığmamızın baş məşqçisi Robert Prosineçkinin həmyerlilərindən Mario Mandzukiç açıb. Macarlar buna 79-cu dəqiqədə Balaş Dzudzakın qolu ilə cavab verib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Fanat.az