İngiltərə nəhəngləri Feliş uğrunda yarışacaq

İngiltərə nəhəngləri Feliş uğrunda yarışacaq

"Atletiko Madrid"in portuqaliyalı hücumçusu Jao Feliş karyerasını İngiltərədə davam etdirəcək.

Fanat.Az "Cadena SER"in iddiasına istinadən xəbər verir kİ, 22 yaşlı futbolçunun xidmətində 5 Premyer Liqa klubu maraqlıdır.

"Nyukasl", "Everton", "Arsenal", "Liverpul" və "Mançester Yunayted" Feliş üçün mübarizə aparacaqlar. Hər bir klub futbolçu üçün sərfəli təklif planı hazırlayıb.

Portuqaliyalı forvard "Atletiko Madrid"dəki vəziyyətindən razı deyil və qış "transfer pəncərəsi"ndə klubu tərk etmək niyyətindədir.

Qeyd edək ki, futbolçunun transfer dəyəri 70 milyon avro təşkil edir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər