"Fulhem"in yarımmüdafiəçisi Joau Palinya karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.
Xəbərə görə, 27 yaşlı futbolçunun xidmətində "Liverpul" maraqlıdır. Mənbə mersisaydlıların bu keçid üçün qarşı tərəfin istədiyi məbləği - 68 milyon avronu ödəməyə hazır olduğunu vurğulayıb. Portuqaliyalı futbolçunun "qırmızılar"ın sıralarına qoşulmağı şəxsən arzuladığı da diqqətə çatdırılıb.
Qeyd edək ki, Palinya "Fulhem"ə ötən ilin yayında "Sportinq"dən transfer olunub.
Nihat