İngiltərə nəhəngi onu Felikslə başabaş dəyişmək istəyir

İngiltərə nəhəngi onu Felikslə başabaş dəyişmək istəyir

İngiltərənin "Çelsi" klubu "Atletiko Madrid"dən icarəyə götürdüyü Joau Feliksi mövsümün sonunda transfer etmək qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Marca" yayıb.

Xəbərə görə, "zadəganlar" Feliksin transfer hüquqlarına yiyələnmək üçün öz pleymeykeri Meytson Mauntu da İspaniya təmsilçisinə verməyə hazırdır. Mənbə London klubunun yeni müqavilə ilə bağlı razılığa gələ bilmədiyi Meysonla Joaunu başabaş dəyişməyi ən uyğun variant saydığını vurğulayıb. 

Daha öncə "Çelsi"nin yayda portuqaliyalı forvardın klubuna 80 milyon avro ödəməyə hazır olduğu haqda informasiyalar yayılmışdı. 

Xatırladaq ki, "göylər" Feliksi bu qış, 11 milyon avro qarşılığında icarəyə götürüb. 23 yaşlı forvard İngiltərə nəhəngində yayadək təqribən 6 milyon avro qazanacaq ki, bu məbləğin də hamısını "Çelsi" ödəyəcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər