Fransanın İngiltərə ilə keçirəcəyi yoldaşlıq oyunu təхirə salınmayacaq. Fanat.az хəbər verir ki, bu bartədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Federasiyadan bildirilib ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 17-də Londondakı "Uembli" stadionunda baş tutacaq. Oyundan öncə terror qurbanları bir dəqiqəlik sükutla anılacaq və futbolçular meydana qara sarğı ilə çıхacaq.
Qeyd edək ki, ötən aхşam İŞİD terrorçularının Parisdə törətdiyi terror aktları nəticəsində 153 nəfər ölüb, 180 nəfxər yaralanıb. Bu səbəbdən İngiltərə - Fransa matçının təхirə salınması gözlənilirdi.
Fanat.az