İngiltərə çempionu müəyyənləşdi - VİDEO

İngiltərə çempionu müəyyənləşdi - VİDEO

İngiltərə Premyer Liqasında 2016/17 mövsümünün qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Çelsi" sona iki tur qalmış çempionluğunu elan edib.

London klubu XXXVI turda "Vest Bromviç"i qəbul edib. Mişi Batşuayinin 82-ci dəqiqədə vurduğu qolla qalib gələn "Çelsi" xal hesabını 87-yə yüksəldib. 3 oyunu qalan "Tottenhem"i 10 xal qabaqlayan Antoine Kontenin yetirmələri mövsümün sonunu gözləmədən çempionluğu rəsmiləşdirib.

Qeyd edək ki, "Çelsi" 112 illik tarixi ərzində 6-cı dəfə çempion titulunu qazanıb. Komanda 1955, 2005, 2006, 2010 və 2015-ci illərdə də qızıl medallara sahib çıxıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər