"İndi titula daha yaxınıq" - Ançelotti 

"İndi titula daha yaxınıq" - Ançelotti 

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ölkə çempionatının 32-ci turunun matçında "Barselona" üzərində qələbədən sonra La Liqada mümkün çempionluq haqda danışıb. 

Fanat.Az xəbər verir ki, AS nəşri italiyalı mütəxəssisin fikirlərini belə təqdim edib:

“Çempionluq titulu bizim üçün daha da yaxınlaşdı. Biz işləməyə davam etməliyik. "Barsa" üzərində qələbə çox vacib idi. İndi bir az dincəlməliyik, çünki həftə komanda üçün çox çətin keçdi”. 

Xatırladaq ki, “kral klubu" ötən axşam kataloniyalılar üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb. Bu uğurdan sonra "Real" "Barselona"nı 11 xal qabaqlayaraq turnir cədvəlinə inamla başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər