Daha bir ulduz futbolçu Çin klublarının maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, Asiya ölkəsinin təmsilçilərindən biri Kesk Fabreqası hədəfə alıb.
Hətta adı açıqlanmayan Çin klubu ispan futbolçuya təklif də göndərib. Onlar Fabreqasa illik 13 milyon avro maaş təklif edib. Lakin futbolçu bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Kesk Fabreqas 2003-cü ildə - 16 yaşında "Barselona"nın gənclər komandasından 3,2 milyon avroya "Arsenal"a transfer olunub. 2011-ci ildə 34 milyon avro qarşılığında yetirməsini geri qaytaran Kataloniya klubu 3 il sonra onu 33 milyona "Çelsi"yə satıb. 29 yaşlı yarımmüdafiəçi cari mövsümdə İngiltərə klubunun heyətində 48 rəsmi oyuna çıxıb və 5 qol vurub.
Fanat.az