Dortmund "Borussiya"sının hücumçusu Pyer-Emerik Obameyanq Çindən başgiccəlləndirici təklif alıb. Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, "Tyantszin Tsyuntszyan" Qabon millisinin hücumçusunu rənglərinə bağlamaq istəyir.
Obameyanq təklifi qəbul edəcəyi halda, ildə 30 milyon avro maaş alacaq. Forvardın klubu isə bu keçidə görə asiyalılardan azı 70 milyon avro tələb edəcək.
Qeyd edək ki, Pyer-Emerik 2013-cü ildən Bundesliqada top qovur. O, dortmundluların formasıyla çıxdığı 189 matçda 120 top vurub və 33 məhsuldar ötürməylə yadda qalıb.
Fanat.Az