Çin klublarından daha bir bomba - 56 milyon

Çin klublarından daha bir bomba - 56 milyon

Çin klubları daha bir bahalı transferə imza atıb. Fanat.az xəbər verir ki, "Şandonq Lunenq" klubu "Sautqempton"da çıxış edən Qraziano Pelleni heyətinə qatıb.

Məlumata görə, çinlilərlə 2,5 illik müqavilə imzalayacaq futbolçu bu müddətdə 40 milyon avro qazanacaq. "Sautqempton" isə "Şandonq Lunenq"dən 16 milyon avro alacaq. Beləliklə, 31 yaşlı futbolçunun transferi 56 milyon avroya başa gələcək.

Qeyd edək ki, Qraziano Pelle 2014-cü ilin yayında "Feyenoord"dan "Sautqempton"a 11 milyon avroya transfner olunub. İngiltərə klubunda indiyədək 80 oyun keçirən hücumçu 30 qol vurub. 

Onu da qeyd edək ki, "Şandonq Lunenq"in baş məşqçisi məşhur alman mütəxəssis Feliks Maqatdı. Komandanın heyətində Braziliya millisinin sabiq üzvləri - Gil, Jukiley, Dieqo Tardelli, Argentina millisində oynamış Valter Montillo və Seneqal yığmasının keçmiş oyunçusu Papiss Sisse çıxış edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər