Çimərlik güləşçilərimiz Fransada

Çimərlik güləşçilərimiz Fransada

Bu gün Fransanın Sen-Loran-dü-Var şəhərində çimərlik güləşi üzrə dünya seriyasının üçüncü mərhələsinə start verilib.

Fanat.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış iki gün davam edəcək.

Ölkəmizi turnirdə baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edirlər.

Qeyd edək ki, iyulun 1-də qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Ertəsi gün isə qrupun son turu ilə yanaşı, yarımfinal və final qarşılaşmaları baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər