İlin rəmzi komandası

İlin rəmzi komandası
FIFA "The Best" mükafatının qaliblərini elan edir.
Fanat.Az xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən mərasimdə kişi futbolçulardan ibarət ilin rəmzi yığması açıqlanıb.
Siyahıda "Real"dan 4 futbolçu yer alıb. Onlardan biri - Eden Hazard ilin ilk yarısını "Çelsi"də keçirib.
Çempionlar Liqasının qalibi "Liverpul"la yanaşı, "Barselona" və "Yuventus"dan iki futbolçu "11-liy"ə düşüb. "Barselona" və "Yuventus"dan seçilən futbolçulardan biri ilin ilk yarısında "Ayaks" forması geyinib.
PSJ-dən isə bir futbolçu rəmzi komandada yer alıb.
Qapıçı: Alisson (Liverpul).
Müdafiəçilər: Mattis de Liqt (Ayaks/Yuventus), Marselo (Real), Serxio Ramos (Real), Virgil van Diyk (Liverpul).
Yarımmüdafiəçilər: Frenki de Yonq (Ayaks/Barselona), Eden Hazard (Çelsi/Real), Luka Modriç (Real).
Hücumçular: Kriştiano Ronaldo (Yuventus), Kilian Mbappe (PSJ), Lionel Messi (Barselona).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər