NBA ulduzları ilə dostluğu ilə tanınan milyonçu Toni Totuni beyzbol klublarına sponsorluq etmək istəyir. Fanat.az xəbər verir ki, iranlı iş adamı bununla bağlı klublara təklif göndərib.
Qeyd edək ki, 1979-cu ildə İrandakı İslam inqilabından sonra ABŞ-a qaçan Toninin hansı işlə məşğul olduğunu heç kim bilmir. Amma bu böyük pulların sahibi olan bu şəxs sosial mediada qadınlarla birlikdə çəkdirdiyi şəkilləri paylaşaraq tez-tez gündəmə gəlir.
Fanat.az