İlin ən yaxşı qapıçısı bəlli oldu

İlin ən yaxşı qapıçısı bəlli oldu

İtaliya millisinin və PSJ-nin qapıçısı Canluici Donnarumma 2021-ci ilin ən yaxşı qolkiperi seçilib.

Fanat.Az xəbər verir ki, sözügedən əlcək sahibi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ünvana sahib çıxıb.

22 yaşlı qapıçı 170 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya yığmasının və "Bavariya"nın qolkiperi Manuel Noyer 75 xalla 2-ci, İngiltərənin "Çelsi" komandasının seneqallı qapıçısı Eduar Mendi 40 xalla 3-cü olub.

Qeyd edək ki, IFFHS daha əvvəl "Bavariya"nın hücumçusu Robert Levandovskini ilin futbolçusu elan edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər