İlin ən yaxşı məşqçisi mükafatına namizədlər açıqlandı - SİYAHI

İlin ən yaxşı məşqçisi mükafatına namizədlər açıqlandı - SİYAHI

FİFA versiyasına əsasən 2016-cı ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin ilkin siyahısı müəyyənləşib.Fanat.Az xəbər verir ki, siyahını İtaliyanın "La Repubblica" qəzeti  yayıb.

 

Qəzet iddia edir ki, İtaliya millsinin sabiq baş məşqçisi, hazırda “Çelsi”yə rəhbərlik edən Antonio Konte "22-lik"yə düşməyib. Siyahı isə bu cürdür: Fernandu Santuş (Portuqaliya yığması), Didye Deşam (Fransa yığması), Massimiliano  Alleqri (“Yuventus”), Klaudio Ranyeri (“Lester”), Maurisio Sarri (“Napoli”), Yoahim Löv (Almaniya yığması), Kris Koulmen (Uels), Lars Laqerbek (İslandiya), Martin Onil (Şimali İrlandiya), Zinəddin Zidan (“Real” Madrid), Unai Emeri (“Sevilya”/PSJ), Loran Blan (PSJ-nin sabiq məşqçisi), Xosep Qvardiola (“Bavariya”/”Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Luis Enrike (“Barselona”), Xerardo Martino (Argentina/”Atlanta Yunayted”), Maurisio Poçetino (“Tottenhem”), Dieqo Simeone (“Atletiko” Madrid), İqnasio Ambriz (“Amerika”), Xuan Antonio Pizzi (Çili), Reynaldo Rueda (“Atletiko Nasyonal”) və Ruy Vitoriya (“Benfika”).

 

Qeyd edək ki, 2015-ci ilin ən məşqçisi mükafatına  “Barselona” klubunun baş məşqçisi Luis Enrike layiq görülmüşdü. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər